Xəbər lenti

Azərbaycanın bütün Baş nazirləri (SİYAHI)
Siyasət 12:50 08.10.2019

Azərbaycanın bütün Baş nazirləri (SİYAHI)

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasına yeni Baş nazir təyin olunub. 

2018-ci ilin 21 aprelindən Baş nazir olan Novruz Məmmədov vəzifəsindən azad edilməsi ilə Prezident İlham Əliyevə müraciət edib. Milli Məclis Əsədov Əli Hidayət oğlunun Baş nazir təyin edilməsi ilə bağlı qərar qəbul edib.

Qaynarinfo xəbər verir ki, Əli Əsədov Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSRİ və müstəqillik dönəmində bu posta təyin edilən 29-cu baş nazir olub.

Bundan başqa daha 3 nəfər bu vəzifəni müvəqqəti icra edib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 30 mart 1920-ci ildə bu vəzifəni müvəqqəti icra etməyə başlayan Məmmədhəsən Hacınski cümhuriyyətin sonuncu Baş naziri olub.

Azərbaycan müstəqillik qazandıqdan sonra - ilk illərdə Firuz Mustafayev və Əli Məsimov da müvəqqəti olaraq bu vəzifəni idarə edib.

Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920)

1. Fətəli xan Xoyski (1875-1920) - Bitərəf
Səlahiyyət müddəti: 25.05.1918 -14.04.1919

2. Nəsib bəy Yusifbəyli (1881–1920) - Müsavat Partiyası
Səlahiyyət müddəti: 28.05.1919 - 30.03.1920

Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (1922–1936) və Azərbaycan Sovet Sosialist Respublikası (1936-1991)

Xalq Komissarları Sovetinin Sədrləri
3. Nəriman Nərimanov (1870–1925) - Kommunist Partiyası
Səlahiyyət müddəti: 28.04.1920 - 06.05.1922

4. Qəzənfər Musabəyov (1888–1938) - Kommunist Partiyası
Səlahiyyət müddəti: 06.05.1922 - 14.03.1930

5. Dadaş Bünyadzadə (1888–1938) - Kommunist Partiyası
Səlahiyyət müddəti: 14.03.1930 - 23.10.1932

6. Mir Cəfər Bağırov (1896–1956) - Kommunist Partiyası
Səlahiyyət müddəti: 23.10.1932 - 12.12.1933

7. Hüseyn Rəhmanov (1902–1937) - Kommunist Partiyası
Səlahiyyət müddəti: 12.12.1933 - 22.08.1937

8. Teymur Quliyev (1888–1965) - Kommunist Partiyası
Səlahiyyət müddəti: 13.11.1937 - 28.03.1946

Nazirlər Sovetinin sədrləri
9. Teymur Quliyev (1888–1965) - Kommunist Partiyası
Səlahiyyət müddəti: 28.03.1946 - 06.04.1953

10. Mir Cəfər Bağırov (1896–1956) - Kommunist Partiyası
Səlahiyyət müddəti: 06.04.1953 - 20.07.1953

11. Teymur Quliyev (1888–1965) - Kommunist Partiyası
Səlahiyyət müddəti: 20.07.1953 - 01.03.1954

12. Sadıq Rəhimov (1914–1975) - Kommunist Partiyası
Səlahiyyət müddəti: 01.03.1954 - 08.06.1958

13. Vəli Axundov (1916–1986) - Kommunist Partiyası
Səlahiyyət müddəti: 08.06.1958 - 10.07.1959

14. Məmməd İsgəndərov (1915–1985) - Kommunist Partiyası
Səlahiyyət müddəti: 10.07.1959 - 29.12.1961

15. Ənvər Əlixanov (1917–1992) - Kommunist Partiyası
Səlahiyyət müddəti: 29.12.1961 - 10.04.1970

16. Əli İbrahimov (1913–1985) - Kommunist Partiyası
Səlahiyyət müddəti: 10.04.1970 - 22.01.1981

17. Həsən Seyidov (1932–2004) - Kommunist Partiyası
Səlahiyyət müddəti: 22.01.1981 - 27.01.1989

18. Ayaz Mütəllibov (1938–) - Kommunist Partiyası
Səlahiyyət müddəti: 27.01.1989 - 26.01.1990

19. Həsən Həsənov (1940–) - Kommunist Partiyası
Səlahiyyət müddəti: 26.01.1990 - 07.02.1991

Azərbaycan Respublikası dövrü (1991–cari)

20. Həsən Həsənov (1940–) - Bitərəf
Səlahiyyət müddəti: 07.02.1991 - 04.02.1991

21. Rəhim Hüseynov (1936–) - Bitərəf
Səlahiyyət müddəti: 14.05.1992 - 30.01.1993

22. Pənah Hüseynov (1957–) - Azərbaycan Xalq Cəbhəsi
Səlahiyyət müddəti: 28.04.1993 - 30.06.1993

23. Surət Hüseynov (1959–) - Hərbi
Səlahiyyət müddəti: 30.04.1993 - 07.10.1994

24. Fuad Quliyev (1941–) - Yeni Azərbaycan Partiyası
Səlahiyyət müddəti: 07.10.1994 - 20.06.1996

25. Artur Rasizadə (1935–) - Yeni Azərbaycan Partiyası
Səlahiyyət müddəti: 20.06.1996 - 04.08.2003

26. İlham Əliyev (1961–) - Yeni Azərbaycan Partiyası
Səlahiyyət müddəti: 04.08.2003 - 04.11.2003

27. Artur Rasizadə (1935–) - Yeni Azərbaycan Partiyası
Səlahiyyət müddəti: 04.11.2003 - 21.04.2018

28. Novruz Məmmədov (1947–) - Yeni Azərbaycan Partiyası
Səlahiyyət müddəti: 21.04.2018 - 08.10.2019

Müvəqqəti
Məmmədhəsən Hacınski (1875–1931) - Müsavat Partiyası
Səlahiyyət müddəti: 30.03.1920 - 28.04.1920

Firuz Mustafayev - Bitərəf
Səlahiyyət müddəti: 04.03.1992 - 14.05.1992

Əli Məsimov (1953–) - Azərbaycan Xalq Cəbhəsi
Səlahiyyət müddəti: 05.02.1993 - 28.04.1993

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->