Ölkə 14:41 13.10.2019

Zakir Qaralovdan yeni təyinat

Baş Prokuror Zakir Qaralovun əmri ilə Gəncə şəhərinə yeni prokuror təyin olunub.

Qaynarinfo baku.ws-ə istinadən, Azad Qarayev Gəncə şəhərinin Prokuroru postuna gətirilib.

O daha öncə Mingəçevir şəhərinin prokuroru vəzifəsini icra edib.

Qeyd edək ki, Azad Qarayev bu günlərdə Azərbaycan Respublikası Baş Prokurorluğunda İstintaqa nəzarət idarəsinin rəisi vəzifəsinə təyin edilən Fazil Həsənəliyevi əvəz edib.