Ərdoğan İrandan gileyləndi:

Ərdoğan İrandan gileyləndi: "Fikirləri məni məyus etdi"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçi səfərindən əvvəl Suriyada həyata keçirilən anti-terror əməliyyatı ilə bağlı açıqlamalar verib.

Qaynarinfo xəbər verir ki, ABŞ və Türkiyə arasında əldə edilmiş razılığa görə, YPG/PKK terrorçularının Suriyanın Türkiyə ilə sərhəd bölgələrindən uzaqlaşdığını vurğulayan R.T.Ərdoğan İranın "Barış Pınarı" barədə səsləndirdiyi fikirlərə də münasibət bildirib:

"İrandan "Barış Pınarı" anti-terror əməliyyatı barədə səsləndirilən mənfi fikirlər məni məyus etdi. Türkiyənin İranın nüvə fəaliyyəti barədə nümayiş etdirdiyi mövqe hamıya məlumdur, lakin bu ölkənin rəsmilərinin bəzi fikirləri qulağıma çatıb. Bu fikirlər məni də, tərəfdaşlarımı da narahat edir. İran prezidenti Həsən Ruhani mənfi mövqelərə müdaxilə etməli idi. İran Suriyada planlaşdırılan sülh danışıqlarının tərəflərindəndir. Bu mövqelər Astanada başlayan, Soçidə davam edən müzakirələrin gedişatına kölgə salır. Prosesin iştirakçıları bir-birinə xəyanət edə bilər?! İranın "Barış Pınarı" mövqeyini qınayıram".

Gülşən
XƏBƏRLƏR
BLOGLAR