Bu yolda sürət həddi endirildi

Bu yolda sürət həddi endirildi

Dekabrın 12-də axşam saatlarında Goranboy rayonunun Borsunlu kənd ərazisində "Daewoo” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Hadisə nəticəsində xəsarət alan kənd sakini, 2004-cü il təvəllüdlü Gülzarə Afiq qızı Əhmədova rayon mərkəzi xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağırdır.

Qaynarinfo xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən əraziyə müvafiq baxış keçirlib və magistral yolun sözügedən hissəsində avtomobillərin hərəkət sürəti saatda 90 km-dən 70 km-ə endirilib, ərazidəki nişanlar yenisi ilə əvəz edilib. 

Bundan başqa, Goranboy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları kənd sakinlərə ilə görüşərək maarifləndirici söhbətlər aparıb, vətəndaşlara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib. Sakinlərə öz həyatları ilə bərabər, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaratmamaları üçün kənd ərazisindəki yeraltı keçiddən istifadə etmələri tövsiyə olunub.
Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR