Xəbər lenti

Ekonomiks 13:17 21.06.2013

2020-ci ilədək Yer kürəsi tamamilə internetləşəcək

"Google"-un inkişaf etməkdə olan bazarlar üzrə vitse-prezidenti Məhəmməd Qavdat bu yaxınlarda deyib ki, dünyanın ən böyük İT şirkətlərindən birində işləyən analitiklərin proqnozlarına əsasən, 2020-ci ilədək planetin hər bir sakini internetə çıxış imkanına malik ən azı bir qurğuya malik olacaq.

Xatırladaq ki, hazırda planetin sakinlərinin 33%-i qlobal şəbəkəyə çıxış imkanına malikdirlər.

"ICTnews.az" elektron xəbər xidməti bildirir ki, Məhəmməd Qavdat hesab edir ki, 2020-ci ilədək internetə çıxış imkanına malik 15 dollarlıq qurğular geniş populyarlıq əldə edəcək.

Sözügedən qurğuların əsas alıcıları inkişaf etməkdə olan ölkələr və üçüncü dünya ölkələrinin sakinləri olacaqlar.

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?