Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazisinin şərq istiqamətində yerləşən erməni hərbi hissələrinin birində 23 yaşlı müddətdən artıq hərbçi ölüb.
Qaynarinfo report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın News.am saytı məlumat yayıb. Hərbçinin ölümünə səbəb güllə yarası olub.
Hadisə fevralın 14-ü saat 19:00 radələrində baş verib. Ayk Asryan adlı hərbçinin hansı şəraitdə ölməsi isə məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər