Ölkə 11:35 09.07.2020

Vilayət Eyvazovdan yeni təyinat

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı İsgəndərov Fərid Vulqar oğlu DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Gəncə xətt Polis Şöbəsinin əməliyyat işləri üzrə müavini vəzifəsinə təyinat alıb.

O, bundan əvvəl Gəncə Şəhər Baş Polis İdarəsinin müstəntiqi olub.