Rusiya Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko koronavirusa qarşı peyvəndlərin ilk paketlərinin iki həftə ərzində buraxılacağını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, Muraşko həkimlərin könüllü əsasda peyvənd olunacağını deyib:
"İstənilən halda peyvənd könüllü olacaq. Artıq tibb işçilərinin 20%-ə qədərinin immuniteti var, onların sayı müxtəlif təşkilatlarda fərqli-fərqlidir".
Nazirin sözlərinə görə, peyvənd olunacaq ruslar özlərini necə hiss etdiklərini xüsusi mobil tətbiqetmədə qeyd edə biləcəklər. Ölkə eyni zamanda insanların peyvəndə reaksiyalarının qeydə alınacağı bir informasiya sistemi də yaradacaq.
Bundan əlavə, Mixail Muraşko Səhiyyə Nazirliyinin ölkə daxilində tibb işçilərinin 80-85%-nin koronavirusa qarşı peyvənd edilməsini tövsiyə etdiyini vurğulayıb.
Xatırladaq ki, SARS-COV-2 olan koronavirus infeksiyasına qarşı ilk peyvənd Rusiya Səhiyyə Nazirliyində avqustun 11-də qeydə alınıb. ABŞ-ın baş infeksionisti Entoni Fauçi Rusiyanın vaksinini şübhə altına alıb: "Peyvənd əldə etdik" deməklə vaksinin təhlükəsiz və effektiv olduğunu sübut etmək iki fərqli şeydir".
Alpər
Şərhlər