Dünya 09:32 16.09.2020

Venesuela Amerika təyyarəsini vurdu

Venesuela hərbçiləri, ölkənin hava sahəsinə qanunsuz daxil olan Amerika təyyarəsini vurub. 

Qaynarinfo xəbər verir ki, ölkənin Daxili İşlər Naziri Nestor Reverol ABŞ qeydiyyat nömrəsi olan təyyarənin narkotik maddə daşıdığını deyib. Venesuela Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, hadisə Zulia əyalətində baş verib.

Venesuelada ölkənin ərazisindən narkotik mafiya təyyarələrinin vurulmasına icazə verən qanun 2013-cü ildə qəbul edilib.

Alpər