Xəbər lenti

Erməni təxribatları nəticəsində Tərtərə dəyən ziyan açıqlandı (RƏSMİ)
Ölkə 16:25 18.10.2020

Erməni təxribatları nəticəsində Tərtərə dəyən ziyan açıqlandı (RƏSMİ)

"27 sentyabrdan bu günədək Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonunun 36 yaşayış məntəqəsinə 13136 mərmi düşüb.

Tərtər Rayon İcra Hakimiyyətindən Oxu.Az-a verilən məlumata görə, ümumilikdə, rayonda düşmən təxribatı nəticəsində 118 ev tamamilə dağıdılıb, 646 evə ziyan dəyib:

"64 çoxmənzilli yaşayış binasına ziyan dəyib. 30 yardımçı tikili tamamilə dağıdılıb. Eyni zamanda, 50 yardımçı tikiliyə, 19 sosial obyektə, səkkiz istehsal obyektinə, 44 ticarət obyektinə ziyan dəyib”.

"Həmçinin, 18 inzibati bina zərər çəkib”, - deyə RİH-dən bildirilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->