Sənət 15:14 21.01.2021

Vasif Talıbovdan yeni təyinat

Naxçıvan Dövlət Tarix Muzeyinə direktor təyin edilib.

Qaynarinfo xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncama əsasən, bu vəzifəyə Fizzə Qulu qızı Quliyeva təyinat alıb.

Qeyd edək ki, F.Quliyeva AMEA-nın Naxçıvan bölməsinin Təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsinin müdiri olub.