Foto 12:45 23.01.2021

Daha bir şəhidimiz dəfn edildi (FOTOLAR)

Azərbaycan Ordusunun itkin hesab edilən, uzun müddət sonra şəhid xəbəri gələn zabiti vida mərasimi keçirilib. 

Oxu.az xəbər verir ki, Quba rayonu II Nügədi kəndindən olan baş leytenant Mikayılov Rahim Qabil oğlunun 107 gün sonra şəhid xəbəri gəlib. 

Qeyd edək ki, 1990-cı il təvəllüdlü R.Mikayılovun adı Müdafiə Nazirliyinin yayımladığı itkin düşmüş hərbçilərin siyahısında yer almışdı.

Şəhidin vida mərasimindən fotoları təqdim edirik: