"Xoşbəxt günlər" filmindəki Albay Von Trapp rolu ilə məşhurlaşan kanadalı aktyor Kristofer Plummer 91 yaşında vəfat edib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda onun yaxınları məlumat yayıb.
2012-ci ildə "Beginners" filmində oynadığı roluna görə "Ən yaxşı köməkçi kişi aktyor Oscar" mükafatını alan Plummer, 2010-cu ildə "The Last Station" və 2018-ci ildə "All the Money in the World" filmləri ilə "Oscar" mükafatına namizəd olub. Plummer 82 yaşında "Oscar" mükafatı alaraq "Oscar alan ən yaşlı kişi" adı ilə tarixə düşüb.
Şərhlər