Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə son sutka ərzində 65 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son bir gündə 11 520 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 28 771, virusa yoluxanlar isə 2 734 836 nəfərə çatıb.

Türkiyədə indiyədək 2 593 264 pasiyent (son sutkada 7191 nəfər) sağalaraq evə buraxılıb.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR