Siyasət 15:20 21.04.2021

Putindən Qarabağ açıqlaması

"Rusiya Dağlıq Qarabağda silahlı münaqişənin dayandırılmasında əsas rol oynayıb".

Qaynarinfo-nun xəbərinə görə, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində deyib.

V. Putin bildirib ki, Rusiya beynəlxalq məsələlərdə BMT-nin vacib rolunu hər zaman dəstəkləyib.

"Biz BMT-nin münaqişələrin həllinin tapılmasında rolunu hər zaman dəstəkləmişik. Suriyada, Liviyada gərginliyin aradan qaldırılmasına, dialoqun başlamasına töhfə vermişik. Rusiya Dağlıq Qarabağda silahlı münaqişənin dayandırılmasında əsas rol oynayıb", - deyə Rusiya dövlət başçısı bildirib.