Ölkə 23:02 06.05.2021

Ramazanın 24-cü gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 24-cü günüdür.

Qaynarinfo xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda mayın 7-də imsak saat 03:55-də, iftar isə saat 19:57-dədir.

24-cü günün duası:

"Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin".

Tərcüməsi:

"İlahi, bu aydan Səndən Səni razı salacaq şeylər istəyirəm. Səni incidəcək şeylərdən Sənə pənah gətirirəm. Bu ayda məni Sənə itaət etməyə, Sənə asilik etməməyə müvəffəq etməyini diləyirəm, ey diləyənlərə səxavət gösətərən, Allah!"

Allah orucunuzu qəbul etsin!