Xəbər lenti

Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub?
Ölkə 16:36 15.05.2021

Azərbaycanda son sutkada neçə nəfər koronavirusa yoluxub?

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 377 yeni yoluxma faktı qeydə alınıb, 1 318 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 329 371 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 313 778 nəfər müalicə olunaraq sağalıb, 4 768 nəfər vəfat edib. Aktiv xəstə sayı 10 825 nəfərdir.

Ötən müddət ərzində 3 375 679 test aparılıb. Bugünkü test sayı isə 7 285-dir.
 
Son gündə 15 794 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 897, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 897 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 777 426, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 026 376, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 751 050 nəfər təşkil edir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->