Türkiyə Ədirnədə Yunanıstandan açılan atəş nəticəsində bir vətəndaşının öldürülməsi ilə bağlı qarşı tərəfə nota verib.
Qaynarinfo xəbər verir ki, Yunanıstanın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim olunub. Türkiyə XİN hadisə ilə bağlı məlumat verilməsini, qatil və ya qatillərin tapılaraq cəzalandırılmasını, belə halların təkrarlanmasının qarşısının alınması üçün tədbirlərin görülməsini tələb edib.
Qeyd edək ki, hadisə dünən yerli vaxtla saat 19:20-də baş verib. Yunanıstan tərəfindən açılan atəş nəticəsində 1 türk vətəndaşı həlak olub.
Şərhlər