İdman 16:36 19.09.2021

Məşhur futbolçu vəfat etdi

Futbol üzrə İngiltərə milli komandasının oyunçusu Cimmi Qrivz vəfat edib.

Qaynarinfo "Tottenhem" klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu ötən gecə 82 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Cimmi Qrivz karyerası ərzində İngiltərənin "Çelsi", "Tottenhem, "Vest Hem", "Brentvud", "Çelmsford Siti", "Barnet", "Vudford" və İtaliyanın "Milan" klublarında çıxış edib. "Tottenhem"lə Federasiya Kubokunun (2 dəfə), İngiltərə Super Kubokunun (2) və Kuboklar Kubokunun qalibi olan veteran futbolçu "Milan"ın heyətində İtaliya çempionluğunu qazanıb.

İngiltərə millisində 57 oyun keçirib, 44 qol vuran Cimmi Qrivz 1966-cı ilin dünya, 1968-ci ildə Avropa çempionatının bürünc mükafatçısıdır.