Əməkdar artist xəstəxanaya yerləşdirildi

Əməkdar artist xəstəxanaya yerləşdirildi

Lənkəran Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Niftulla Əsgərov xəstəxanaya yerləşdirilib.

Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, bu haqda aktyor özü bildirib.

O deyib ki, bir müddət əvvəl ürəyinə stent qoyulub:

"Müalicə alırdım və dərmanlar mədəyə fəsad verib və həmin orqanımda daxili qanaxma baş verib. Bir neçə gün əvvəl komaya düşdüm. Həkimlərin səyi ilə indi vəziyyətim stabildir”.

Əməkdar artist onu da əlavə edib ki, sabah yenidən ürəyinə stent qoyulacaq.

Qeyd edək ki, sosial şəbəkədə Niftulla Əsgərovun maddi vəziyyətinin zəif olması ilə bağlı paylaşım edilib.

XƏBƏRLƏR
BLOGLAR
X