Ölkənin ümumtəhsil məktəblərində 90 minə yaxın sinif var. Onlardan cəmi 344-ü (0,3 faizi) distant təhsilə keçib.
Bu barədə Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, koronavirusa görə 9 məktəb distant təhsilə keçib.
13:58
Gəncə şəhəri üzrə də dörd məktəbdə koronavirusa görə siniflərdə dərslər onlayn şəkildə davam etdiriləcək.
Şəhərdə fəaliyyət göstərən dörd məktəbin hər birində bir sinif olmaqla koronovirusla bağlı dərslər distant formada keçiriləcək.
***
Ölkə üzrə fəaliyyət göstərən bir neçə məktəb koronavirusa görə bağlanıb.
Qaynarinfo Oxu.Az-a istinadla xəbər verir ki, üç məktəb və iki bağçada dərslər dayandırılıb.
Belə ki, Zərdab şəhəri H.Zərdabi adına 1 saylı məktəb lisey, Şabranda iki məktəbdə şagirdlər və müəllimlər arasında koronavirusa yoluxma aşkar edilib.
Bu səbəbdən həmin məktəblərdə dərslər distant formada davam etdiriləcək.
Eyni zamanda, Zərdab rayonunun Məmmədqasımlı və Məlikli kəndində fəaliyyət göstərən bağçalar koronavirus səbəbindən bağlanıb.
10:38
Bakının 245 nömrəli tam orta məktəbinin fəaliyyəti koronavirusa yoluxma halının qeydə alınması ilə əlaqədar distant təhsil formasında davam etdiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Qaynarinfo-ya verilən məlumata görə, həmin məktəbin 12 müəllim və 5 şagirdinin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub.
Bildirilib ki, COVID-19 testi pozitiv çıxan şagirdlərlə digər şagirdlərin təmasda olması qeydə alınıb: "Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 245 nömrəli məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub".
Şərhlər