NATO-dan Rusiyaya xəbərdarlıq

NATO-dan Rusiyaya xəbərdarlıq

"Biz müharibə istəmirik, əksinə, Rusiyanın hər hansı təcavüzünün qarşısını almaq istəyirik”.

Bunu NATO Baş katibi Yens Stoltenberq bəyan edib. Alyans rəhbəri Rusiya ilə dialoqa inanır:

"Biz yarana biləcək potensial riskləri azaltmalıyıq. Ümumiyyətlə, biz Rusiyanın niyyətləri barədə spekulyasiya edə bilmərik, lakin Ukrayna ilə sərhəddə və Krımda yerləşdirilən hərbi texnika şübhəlidir, çünki o, pilotsuz uçuş aparatlarını da ehtiva edir. Rusiya Ukrayna ərazisinə hərbi müdaxilə etmək qərarına gəlsə, onlar bunun əvəzini ödəməli olacaqlar və bunun ciddi nəticələri olacaq”.
XƏBƏRLƏR
BLOGLAR
X