Son sutkanın yoluxma statistikası

Son sutkanın yoluxma statistikası

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1772 yeni yoluxma faktı qeydə alınıb, 2103 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 591 885 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 558 819 nəfər müalicə olunaraq sağalıb, 7905 nəfər vəfat edib, aktiv xəstə sayı 25 161 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 341, ötən müddət ərzində isə ümumilikdə 5 565 190 test aparılıb.

Ötən sutkada koronavirus əleyhinə 37 057 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 187, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 456, buster doza üzrə vaksinasiya olunanların sayı isə 27 414 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 604 976, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 087 717, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 578 492, buster doza üzrə vaksinasiya olunanların sayı isə 938 767 təşkil edir.

XƏBƏRLƏR
BLOGLAR
X