İdman 23:33 27.01.2022

"Neftçi"dən yeni transfer

"Neftçi” heyətinə yeni oyunçu cəlb edib.

Qaynarinfo xəbər verir ki, klubun rəsmi Feysbuk səhifəsi Azər Əliyevin transferini elan edib.

Hələlik 27 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, Krasnoyarsk futbol məktəbinin yetirməsi olan A.Əliyevin son klubu Rusiya "Ufa"sı olub. Bundan başqa o, Rusiyada "Yenisey", "Saxalin", "Krılya Sovetov" və "Tambov"da da oynayıb.

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?