Ölkə 11:42 28.01.2022

İcra başçısından yeni təyinat (FOTO)

Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinə yeni müdir təyin olunub.

Qaynarinfo xəbər verir ki, bununla bağlı icra başçısı Elxan Allahverdiyev əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifəyə Hacıbaba Adil oğlu Babayev təyinat alıb.

Qeyd edək ki, H.Babayev bu təyinatadək RİH-də Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. 

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?