Xəbər lenti

Elmdə inqilab: 3 min illik mumya danışdı (VİDEO)
Video 14:13 24.01.2020

Elmdə inqilab: 3 min illik mumya danışdı (VİDEO)

İngiltərədə alimlər 3 min il öncə mumyalanan misirli rahibin səsini süni intellekt vasitəsilə bərpa ediblər.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, e.ə. XXI əsrin əvvəllərində 11-ci Ramzesin fironluğu dövründə rahiblik etdiyi bildirilən Nesyamunun səsi üç ölçülü səsyazma cihazı ilə olduğu kimi kopyalanıb. Mumyalanmış bədənin yaxşı qorunduğuna diqqət çəkilən məqalədə səsin bərpasının sadəcə yumşaq toxumaların zərər görmədiyi təqdirdə mümkün olduğu qeyd olunur.

İlkin mərhələdə sadəcə e səsinə bənzər "eeuuughhh" kimi eşidilən səsi əldə etməyə nail olan alimlər gələcəkdə mumyanın səsi ilə tam cümlələr hazırlamağı düşünürlər.

Sözügedən araşdırma ölmüş birinin səsinin ilk dəfə bərpa edilməsi baxımından önəmli hesab edilir.
 
Camal

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->