Ölkə 16:06 14.11.2019

300-ə yaxın binaya isti su veriləcək

"Hazırda Bakıda 300-ə qədər binaya - 50 mindən artıq mənzilə isti su verilir. İsti suyun hər kumbetrinin qiyməti 1,92 manatdır”.

"Report” xəbər verir ki, bu barədə "Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev məlumat verib.

Onun sözlərinə görə, adambaşına düşən norma 2 kubmetr hesablanıb: "Əgər insanlar sayğac qoyub isti sudan istifadə etsələr, bu, onlar üçün xeyirli olar. Gələn il üçün isə Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və bir sıra əlavə şəhərlərdə 300-ə yaxın binanın da isti su ilə təminatını yaxşılaşdırmağı düşünürük. Onların arasında əvvəllər isti su ilə təmin olunmayan, həmçinin köhnə tipli qazanxanalarla təchiz olunmuş və yenilənməyə ehtiyacı olan binalar da var”.