Səudiyyə Ərəbistanında 35 illik qadağadan sonra kinoteatr açılıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, paytaxt Riyadda yerli əyləncə şirkəti ilə beynəlxalq "American Multi-Cinema"nın təşkilatçılığı ilə ilə kinoteatr açılıb. Salondakı il seansda rəsmilər iştirak edib və "Black Panther" filmi sərgilənib. Kinoteatr 1 həftəlik test yayımından sonra əhalinin istifadəsinə veriləcək.
Qeyd edək ki, "Mülayim İslam" qaydalarının tətbiqinə başlayan Səudiyyədə 2030-cu ilə qədər 2500 kinoteatrın açılması planlaşdırılır.
Gülşən
Şərhlər