Xəbər lenti

37 səfirlik və 8 beynəlxalq təşkilatın Bakı fəaliyyəti - HESABAT
Siyasət 13:48 20.04.2013

37 səfirlik və 8 beynəlxalq təşkilatın Bakı fəaliyyəti - HESABAT


Azərbaycan Avropa Hərəkatı mətbuat konfransı keçirib.

Hərəkatın mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitunun (RATİ) mətbuat zalında keçirilən konfransda AAH-nın Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlikləri və beynəlxalq təşkilatların fəaliyyətləri ilə bağlı apardığı monitorinqin nəticələri açıqlanıb.

Mətbuat konfransında monitorinqin nəticələri ilə bağlı məlumat verən AAH-nın prezidenti Ramin Hacılı bildirib ki, 37 səfirliyin və 8 beynəlxalq təşkilatın fəaliyyətilə bağlı monitorinq aparılıb.

Monitorinq demokratiya və insan haqlarını əsas prinsipləri hesab edən qurumlar arasında aparılıb.

Ümumi nəticələrə görə, xarici ölkə səfirliklərin və beynəlxalq təşkilatların fəaliyyətlərində əvvəlki illərə nisbətən kəksin passivlik müşahidə olunub. Yaranmış vəziyyətin birinci səbəbi Azərbaycan hakimiyyətinin qoşulduğu beynəlxalq konvensiyalara və birliklərə kifayət qədər əməl etməməsidir. Nəticədə Azərbaycan hakimiyyəti tərəfindən səfirliklərin və beynəlxalq təşkilatların fəaliyyətinin məhdudlaşdırılması müşahidə olunur. İkinci səbəb isə ümumilikdə dünyada demokratiya və insan haqları sahəsinə olan diqqət və vəsaitin dəfələrlə azalmasıdır.

Qeyd olunan monitorinq 3 istiqamət üzrə aparılıb. Birinci istiqamət səfirliklərin özlərinin yayımladığı informasiyalar, onların informasiyalarına çatımlılıq, səfirliklərin rəsmi internet səhifələrində məlumatların yenilənməsi üzrə olub. Bu istiqamət  üzrə aparılan monitorinq zamanı əldə olunan nəticələrə görə, Azərbaycanda fəaliyyət göstərən səfirliklərin və Beynəlxalq təşkilatların ümumilikdə 50 faizə qədərinin internet saytlarında əlaqə məlumatları düzgün göstərilməyib. Müəyyən dövrlər ərzində səfirliklərdəki struktur, əlaqə vasitələri və ünvanlarla bağlı dəyişikliklər yenilənmir.
Monitorinqin nəticələrinə görə, yuxarıda göstərilən istiqamət üzrə ən interkativ fəaliyyət göstərən səfirlik Almaniyanın Azərbaycandakı səfirliyi olub. Aparılan monitorinq zamanı həmçinin məlum olub ki, vətəndaşların xarici ölkə səfirlikləri ilə əlaqə saxlamaq və görüşmək üçün bürokratik əngəllər artıb.

Monitorinqin aparıldığı ikinci istiqamət Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları arasında aparılan sorğular üzrə olub. Sorğuların ümumi nəticələrinə görə, əvvəlki illərə nisbətən səfirliklərin və beynəlxalq təşkilatların Azərbaycanda insan haqları və demokratiya sahəsində aktivliyi və yerli vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıqlarında azalma müşahidə olunur.

Monitorinqin aparıldığı üçüncü istiqamət isə səfirliklərin və beynəlxalq təşkilatların özlərinin təmsil etdiyi ölkələr və beynəlxalq institutların tanıtımında maraqlarının hansı formada olması ilə bağlı olub.

Bu istiqamət üzrə monitorinqin nəticələrinə görə, son dövrlər səfirliklərin və beynəlxalq təşkilatların yerli təşkilatların təşkil etdiyi tədbirlərdə təmsilçiliyi, özlərinin tanıtımı üçün gördükləri işlərdə də azalma müşahidə olunub. Nəticədə Azərbaycan vətəndaşları qabaqcıl ölkələrin təcürübəsini düzgün öyrənməkdə çətinliklərlə üzləşir.

Azərbaycan Avropa Hərəkatı ümid edir ki, Azərbaycanda fəaliyyət göstərən səfirliklər və beynəlxalq təşkilatlar ölkəmizin yalnız iqtisadi həyatında deyil, siyasi və mədəni həyatında da aktiv iştirak edəcəklər. Bu Azərbaycanın inkişaf  etmiş ölkəyə çevrilməsində böyük rol oynaya bilər və Azərbaycan hakimiyyəti də bunu anlayaraq və beynəlxalq təşkilatların fəaliyyətinin aktivliyinin artmasında maraqlı olacaq.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->