Başqalarının mənzillərində məskunlaşan 4 minə yaxın məcburi köçkün ailəsinin köçürülməsinə başlanılacaq. Prosesə bu ildən start veriləcək.
Bunu "Xəzər TV"yə açıqlamasında Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib. Onun sözlərinə görə, bununla bağlı Dövlət Proqramında xüsusi bənd var və bu bəndin icrasına tezliklə başlanılacaq.
Fuad Hüseynov bildirib ki, Sumqayıt şəhərində 1005 və Abşeron rayonu ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yaşayış kompleksinə də vətəndaşların köçürülməsinə fevral ayından start veriləcək.
Qaradağ rayonunun Ümid qəsəbəsində 300 mənzilə isə məcburi köçkünlərin köçürülməsinə başlanılıb. Qeyd edək ki, təkcə ötən il 5 min 900-dən çox köçkün ailəsi üçün fərdi evlər, mənzillər tikilib və istifadəyə verilib. Bu, son illər ərzində rekord göstərici hesab olunur.
Şərhlər