Ekonomiks 17:00 20.01.2022

5 manatlıq şirkətə 29 minlik buts sifarişi - Sumqayıtda şübhəli tender

Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi "Satur-Day 2021” MMC ilə satılanma müqaviləsi imzalayıb. 

Qaynarinfo xəbər verir ki, müqavilənin maliyyə dəyəri 29 895 AZN-dir. Maraqlıdır ki, Baş İdarə bu məbləğə "sair torpaq, tikili və avadanlıq alınması” adı altında buts (futbol ayaqqabısı) alır.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Satur-Day 2021” MMC 25 oktyabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Babək prospekti ev 78, mənzil 32-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Elşad Vidadi oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barədə hər hansı məlumat yoxdur. "Satur-Day 2021” MMC-nin nə veb-səhifəsi, nə əlaqə telefonlarını da tapa bilmədik.

Bu da şirkətin sadəcə qeyir-şəffaf tenderlərdə iştirakı üçün yaradıldığına dair şübhələri artırır. Yeri gəlmişkən, "Satur-Day 2021” MMC 3 aya yaxındır fəaliyyət göstərir. Yəni, yeni yaranmış şirkətdir. Amma artıq tenderlərdə iştirak edir. 

"Dövlət satınalmaları haqqında” Qanunda qeyd edilir ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığın olması əsas şərtdir. 3ayın şirkətinin bu tələblərə cavab verəcəyi inandırıcı görünmür. 

Seyid

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?