Sağlamlıq 14:30 02.10.2019

55 il əvvəl baş verən zəlzələnin yaydığı ölümcül virus

Con Hopkins Universitetinin və Translasional Genomika Tədqiqat İnstitutunun alimləri Sakit okeanın şimal-qərbinin sahillərində yayılan qeyri-müəyyən göbələk infeksiyası barədə açıqlama verib.

Qaynarinfo Phys.org-a istinadən xəbər verir ki, infeksiyanın yayılmasına 1964-cü ildə Alyaskada meydana gələn güclü zəlzələ və sunami səbəb olub. 

Tədqiqatçılar müəyyənləşdirib ki, 1914-cü ildə Panama kanalının açılması və gəmiçiliyin inkişafı "Cryptococcus gattii" göbələyinin cənubdan şimala yayılması ilə nəticələnib. Mikroorqanizmlər gəmilərin ballast su tankları ilə birlikdə Sakit okean sahillərinə daşınıb, sunamidən sonra isə göbələklər meşə sahəsinə qədər çata bilib. On illər sonra isə patogen mikroblar insanlar və heyvanlara keçməyə başlayıb. 

Xəstəliklərə nəzarət və mühafizə mərkəzinin məlumatına görə, 1999-cu ildən bəri Kanada və ABŞ-da "Cryptococcus gattii"yə 300 yoluxma halı müşahidə edilib. Daha əvvəl infeksiyaya Papua Yeni Qvineya, Avstraliya və Cənubi Amerikada rast gəlinmişdi. Göbələk infeksiyası insanlara nəfəs yolu vasitəsilə keçir və pnevmaniya, ölümcül beyin iltihabına səbəb olur. Virusa yoluxanların 10%-i həyatını itirir.

Gülşən