Xəbər lenti

7 partiya Məşvərət Məclisini tərk etdi
Siyasət 16:55 10.07.2013

7 partiya Məşvərət Məclisini tərk etdi

"Klassik Xalq Cəbhəsi Partiyası, Açıq Cəmiyyət Partiyası, AzərbaycanLiberal Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, İslam Partiyası,Xalq Azadlıq Partiyası və Böyük Azərbaycan Partiyası Məşvərət Məclisini tərk edib".

Azadlıq Partiyasının sədri Əhməd Oruc Hafta.az-a açıqlamasında bildirib ki, Demokratik Qüvvələrin Məşvərət Məclisindən yeddi partiya çıxıb: “Bunlar Klassik Xalq Cəbhəsi Partiyası, Açıq Cəmiyyət Partiyası, Azərbaycan Liberal Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, İslam Partiyası, Xalq Azadlıq Partiyası və Böyük Azərbaycan Partiyasıdır. Onlar yeni birlik yaradıb, adını da Demokratik Qüvvələrin Birliyi qoyublar. Hələ ki, mətbuata açıqlamayıblar. Hazırda Məşvərət Məclisində beş partiya - Azadlıq Partiyası, Azad Azərbaycan Partiyası, Azərbaycan Demokrat Partiyası, Aydınlar Partiyası və Liberal Demokrat Partiyası qalıb. Biz də bu yaxın günlərdə toplaşıb bu məsələləri müzakirə edəcəyik”.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->