Video 19:00 19.09.2019

“70 minə yaxın mənzil istiliklə təmin edilməyəcək” (VİDEO)

Artıq temperatur enib və payızın gəlməsinə 3 gün vaxt qalıb. Bu dönəm həm də xəstəliklərin geniş yayıldığı, virusların aktiv olduğu dövrdü. İmmun sisteminin güclü olması ilə yanaşı  mənzillərin istiliklə təminatı xəstəliklərdən qorunmaq üçün vacib şərtdir. 

Qaynarinfo-nun məlumatına görə, ARB-nin əməkdaşları araşdırma apararaq müəyyən edib ki, paytaxtda hazırda 70 minə yaxın mənzilin qonşu istilik xətti zədələdiyindən mənzillər mərkəzi istilik sistemi ilə qızdırıla bilmir.
 
Köhnə binaların çoxunda eyni mənzərədir. İstilik batereyalarının yeri var amma özü yoxdur. Sakinlərin çoxu həmin batereyaları çıxarıb. Səbəb kimi isə istilik enerjisinin lazımı səviyyədə verilməmsini göstərirlər. Qışda evlərini qızdırmaq üçün ya elektriklə işləyən batereyalardan ya da kondisionerdən istifadə edirlər.

Bakı sakinlərindən bir bildirir ki, isidici batereyanın yeri var, amma istilik olmayanda çıxardılıb atılıb: "Biz bura köçəndə evə sızırdı həmin sistemlər, biz də məcbur olduq çıxardıq atdıq".

Məsələ bundadır ki, batereyanı ümumi xətdən ayıran şəxslər təkcə öz mənzilinin istilik təminatını kəsmir. Eləcə də eyni xətt üzrə yerləşən digər mənzillərə istilik verilməsinə də problemlər yaradır. Hazırda Bakıda 70 minə yaxın mənzil sahibi var ki, digər qonşuların xətti zədələməsi səbəbindən evini qızdıra bilmir. 

"Azəristiliktəchizat” ASC-nin xidmət rəisi Rafiq Əliyev bildirib ki, bir mənzildə istilik xətləri kəsilibsə, həmin mənzilin yuxarısında və aşağısında olan mərtəbələrdə mənzillər də istilik təhcizatından məhrum olurlar: "Qazanxana tikilərkən nəzərə alınır ki, qazanxananın xidmət zonasına daxil olan binaları heç bir fasiləsiz istilik enerjisi ilə təmin edilsin. Binadaxili və ya mənzildaxili xətlərdə nasazlıq varsa qanuna əsasən sakinlər özləri tədbir görməlidir. Qurumun əməkdaşları isə pulsuz texniki xidmət göstərməyə hazırdılar. Məhəllədaxili xətlərdə olan problemlər isə noyabr ayınadək aradan qaldırılacaq".

');