Dünya 18:06 23.07.2021

75 il gizli qalan görüntülər: SSRİ-nin faşistlərlə birgə paradı, Polşanın bölünməsi (FOTO)

SSRİ demək olar ki, ideal ölkə hesab olunur. Lakin bəzi əlverişsiz faktlar səlahiyyətlilər tərəfindən gizlədilir və tarix dərsliklərində qeyd olunmur. SSRİ-nin parlaq keçmişinə dair illüziyalardan qurtulmaq üçün Qaynarinfonun təqdim etdiyi bu yazını oxuyun.

Brestdə birgə parad
Hazırda SSRİ-nin müxtəlif aşiqləri tərəfindən hər cür şəkildə sıxışdırılan və gizlədilən həqiqət 22 sentyabr 1939-cu ildə Brest şəhərində baş tutan ortaq nasist-sovet paradıdır. Parad və onu müşayiət edən bayram tədbirləri Polşanın təntənəli şəkildə məhv edilməsinə və SSRİ ilə nasist Almaniyası arasında yeni bir sərhədin yaradılmasına təsadüf edib.
 


Şənliklər belə görünürdü: Alman və Sovet zabitləri keçən bir qoşun bölüyünə salam verir.
Təəccüblənirsiniz? Onda bnundan sonrasını - daha da maraqlı faktları oxuyun!


 

Nasist və Sovet zabitləri əl sıxışırlar - bu fotolar SSRİ-də heç vaxt göstərilməyib.

Bir çox tədqiqatçı bu hərəkəti "ortaq parad" deyil, "təntənəli yürüş" adlandırır, lakin bunun mahiyyəti dəyişmir. Quderian tam hüquqlu ortaq parad keçirmək istəsə də, sonunda 29-cu zirehli briqadanın komandiri Krivoşeyinin təklifi ilə razılaşdı: "Saat 16-da korpusunuzun birlikləri yürüş kolonunda, ştandartlarla öndə, şəhəri tərk edir, mənim bölmələrim də ayrıca bir piyada kolonunda, şəhərə daxil olur, Alman alaylarının keçdiyi küçələrdə dayanır və öz bayraqlarıyla keçən bölmələrə salam verir. Orkestrlər hərbi marşlar ifa edir". Bu, parad deyilsə, bəs nədir?

Heç kimin ağlına gəlməzdi, düzdürmü? Ancaq daha təzadlı kadrlar var, davamını oxuyun!

 

Nasist və Sovet zabitləri olduqca təbii və qeyri-rəsmi bir mühitdə söhbət edir, zarafatlaşır, gülüşür, siqaret mübadiləsi edirlər:

Və Avropanın yeni xəritələrini müzakirə edirlər. SSRİ-dəki bütün bu fotoşəkillər ciddi şəkildə təsnif edilib, çünki onlar SSRİ və nasist Almaniyasının İkinci Dünya müharibəsinə Polşanın bölünməsində müttəfiq olaraq girdiyini sübut edir.
 

 
Sovet vətəndaşlarına bu barədə heç nə deyilməyib - SSRİ-də sülhsevər SSRİ-yə xain hücumun 22 iyun 1941-ci ildə necə edildiyi barədə xüsusi mif qondarıldı. Həqiqətən bir hücum var idi, ancaq SSRİ-nin bir neçə il əvvəl Polşaya və Finlandiyaya eyni şəkildə hücum etməsi Sovet vətəndaşlarına açıqlanmamışdı.

Sovet qəzetlərində "Finlandiya xalqı Ağ Finlərin hakimiyyəti altında əziyyət çəkir" deyə yalanlar uydurur və "Ağ Finlər"in Benderaçıların o zamankı analoqu olduqları və guya xalqdan ayrı olaraq mövcud olduqlarını deyirdilər.
 
 

Finlər rusları heç də sevərək qarşılamamışdılar, bunu bu fotoşəkil də sübut edir.

Tutulan zavallı adam düşdüyü bu vəziyyətə tərs olaraq çox xoşbəxt görünür. Bir neçə saniyə sonra onun həyatı bitə bilər, lakin o 32 dişinin hamısıyla gülümsəyir. Çox güman ki, belə bir nikbinlik vətənə sədaqətlə bağlıdır.
 
 
 

Yeri gəlmişkən, "Ağ Finlər" termininin özü də yeni bolşevik dilinə xas olan ifrat absurd idi. Bu dil iyirminci illərdə ortaya çıxmışdı və Danila Baqrov o dillə danışmağı xoşlayırdı. Rusiyadakı Ağlar hərəkatı (bolşeviklərə qarşı mübarizə aparırdı) müstəqil Finlandiyaya qarşı çıxdı, bu səbəbdən Fin vətənpərvərlərini "Ağ Finlər" adlandırmaq nonsensdir.

Əslində, Finlandiyanı bolşeviklərdən "azad etmək" üçün ayağa qalxan sadə fin xalqı idi. SSRİ-də qadağan olunmuş bu fotoşəkil adi bir mülki avtobusun əlinə silah almış Fin könüllülərini döyüş mövqelərinə necə gətirdiyi göstərir.
 
 

 
Bu fotoşəkildə isə nasist qoşunları tərkibində vuruşan "sıravi" adlandırılan kazakları görə bilərsiniz. Kazaklar qənimət götürülmüş Şpagin pulemyotlarıyla silahlanıb, ehtimal ki, öldürülən Qırmızı Ordu əsgərlərindən götürülmüş silahlardır.
Alman qoşunlarında olan kazaklar 1942-ci ildən bəri rus dili də daxil olmaqla, müxtəlif dillərdə çıxan nasist təbliğat jurnalı "Siqnal"ı oxuyurlar. Burada da kazakların əlində bu jurnal var.
 
 
 
 
Bu da tort üstündə vəd edilmiş albalı. Sol tərəfdəki fotoşəkildə Sergey Mixalkov qardaşı – həmin "himnyuk” və 30-cu illər ədəbiyyatında casusluq əleyhinə isteriya yaradan ən ümidsiz Stalinistlə birlikdə göstərilir.
Sağda isə qardaşı Mixail Mixalkovu SS formasında görə bilərsiniz və bu, sadəcə səhnələşdirilmiş teatral şəkli deyil. 1941-ci ildə əvvəllər SMERSH xüsusi dəstəsində xidmət etmiş Mixail Mixalkov əsir düşüb və özünü Ukrayna əsilli etnik alman kimi təqdim edərək SS Tank Diviziyasında vəzifə alıb. Siroja yazırdı: "Orada doğma meşələr, dağlar var, kəndin üstündə hava təmizdir, burada aşağı salınmış pərdələrin arxasında canlı bir faşist dayanıb..."
 
 

Demək lazımdır ki, Mişanın taleyi ümumiyyətlə maraqlıdır.
O, Latviyada Sovet hərbçiləri tərəfindən həbs olunandan sonra dərhal almanların bütün mövqelərini bildirdi, dərhal NKVD zabiti və Sergey Mixalkovun qardaşı olduğunu dedi, bundan sonra Moskvaya göndərildi və orada öz ürəyincə olan bir iş tapdı - Lubyankada gizli agent olaraq çalışmağa başladı.
Mixail Mixalkov adi məhbus adı altında məhkumlarla dostluq əlaqələri qurdu, onlardan dəyərli məlumatlar aldı və sonra NKVD-yə ötürdü.
 


Daha sonra Mixail Mixalkov nəşr olunmağa başladı, hərbi-vətənpərvərlik mövzularında təbliğatçı kimi çıxış etdi, bunun üçün bir çox fəxri fərmanla yanaşı, Ümumittifaq mahnı müsabiqələrində diplom və mükafatlarla təltif olundu. Sovet cəmiyyəti üçün hörmətə layiq nümunəvi bir insan kimi tanındı.
 

Müharibənin ən dəhşətli anları intriqa və gizli planlardan uzaq idi. O anlar heyvan qorxusu, qırılan talelər, qan dənizi və insanların əsassız ölümləri ilə bağlı idi.
Bir çoxları əsas dəstəklərindən, güc və enerji məkanından - evdən məhrum olmuşdular. Alman bombardmançıları qarşılarına gələn hər şeyi amansızcasına məhv edirdilər. Keçmiş yaşayış yerləri kartdan yığılmış evlər kimi dağılıb gedirdi.
 


Bu fotonun qəhrəmanının da bəxti gətirməyib. Gözünüzün qarşısında evinizin çökməsini izləməyin nə qədər çətin olduğunu təsəvvür etmək ağırdır. Bir-birinin ardınca tirlər külə çevrilir və nəticədə ondan küldən başqa heç nə qalmır.
İndi bu qadın səfilliyə, aclığa, bəlkə də ölümə məhkumdur. Ailəsi ilə bağlı xatirələri evlə birlikdə məhv edilib: fotoşəkillər, ailə mirası, paltar, qır-qızıl.
 

O andan etibarən qadınların qarşısında iki seçim qalırdı: ya almanların yolunu tutmaq, ya da faşist sistemini qırmaq. Təəccüblüdür ki, kövrək Sovet qadınları bunu yaxşı bacarmışdılar.
Onlar döyüşə getdilər və həkim, partizan və ya snayper kimi xidmət etdilər. Ancaq həyatları üçün qorxu hiss etmədilər. Gözəl və sərhədsiz SSRİ-nin gələcəyi barədə düşündülər.
 

Bəziləri hətta adi əsgər olmağa cəsarət etdi və bacarıqları baxımından heç bir şəkildə onlardan geri qalmayan kişilərlə çiyin-çiyinə vuruşdular.
Sadəcə Odessa küçələrində qürurla gedən bu iki qıza baxın. Onlar o qədər cəsarətlidirlər ki, bütün koloniyanın önündə gedir və əsgərləri inamla arxalarınca apoarırlar. Əsgərlər isə qətiyyən buna qarşı deyillər.
 

Başqa qadınlar mənəvi baxımdan daha çətin anlar yaşamağa məcbur olurdular. Vətən uğrunda mübarizə aparmaq imkanları yox idi, evdə qalmışdılar və sonsuz sayda vəzifələrin icrası ilə məşğul idilər: mal-qaraya yem vermək, övlad böyütmək və mümkün olduğu qədər özlərini unutmaq...
Ancaq bir alman zabitinin bir qadının kandarını adlaması kimi hallar da olmuşdu.
 


Belə hallarda qadınlar bir yüksək vəzifəli alman məmurunun şəxsi köləsi olmalı idilər, əks təqdirdə özü və ailəsi ani ölümlə qarşılaşacaqdı.
Adi yemək hazırlamaq, təmizlik və yır-yığışdan əlavə, ən alçaldıcı şeylərə getməli idilər - məsələn, düşmənlə bir yatağa girmək kimi.
 


O uzaq dövrlərdə kontrasepsiya üsulları yenicə cəmiyyətin həyatına gətirilirdi. Təəccüblü deyil ki, o vaxt alman ordusunun zorakı hərəkətlərinin qurbanları arasında çoxlu hamiləlik faktları da olmuşdu.
Nasistlər özlərini evdəki kimi hiss edir və özlərinə heç bir məhdudiyyət qoymurdular. 
 

İstisnasız olaraq bütün qadınlar üçün daha bir işgəncə öz sevdikləri birindən ayrılmaq idi.
Kiminləsə müvəqqəti vidalaşmaq bir şeydir, ancaq bundan daha dəşhətlisi onun cəbhədən dönüb-dönməyəcəyini bilməmək və əzablı bir cavab xatirinə əlləri titrəyə-titrəyə hansısa bir zərfi açmaq tamam başqa bir şeydir.
 


 
Ən şanssız olanlar həbs düşərgələrində qalanlardı. Bu yerlər sözün əsl mənasında insanların psixikasını pozur, sağlam bir insanı asanlıqla yeməkdən başqa bir şey düşünə bilməyən zəif bir zombiyə çevirirdi.

Fotodakı qız bütün dəhşəti yaşamaq məcburiyyətində qalanlardan biri idi. Düşərgədə yaşadıqlarının hamısı üzündən oxunur. 

Gec-tez, fotodakı gözətçi də daxil olmaqla hamı keçmişin günahlarına görə hesab ödəməlidir. Uzun aylar bir həbs düşərgəsində insanlara işgəncə verdi, amma xoşbəxtlikdən bütün bu vəhşiliklərin şahidi kimi həyatda qaldı.

Buna görə də onu qarşıda xoş heç nə gözləmirdi.