Xəbər lenti

Dünya 09:58 25.12.2018

Ağ Ev: Tramp Ərdoğanla görüşə hazırdır

Ağ Ev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı açıqlama verib.

Qaynarinfo xəbər verir ki, açıqlamada ABŞ prezidenti Donald Trampın Ərdoğanla görüşə hazır olduğu bildirilir. Lakin hələlik qərarlaşdırılmış görüş yoxdur, tarix və detallar məlum deyil. 

2019-cu ildə Trampın Türkiyəyə ziyarəti baş tuta bilər.

Qeyd edək ki, Tramp ötən gün Türkiyə və Ərdoğana tərif yağdırmış, türk ordusunun Suriyada ABŞ əsgərlərinin İŞİD-lə mübarizəsini yekunlaşdıracağına inamını ifadə etmişdi.

Gülşən

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?