Xəbər lenti

İdman 18:07 30.10.2019

"Ağacan məllim, bəlkə bir az yavaşlayasız?" - KARİKATURA

Son günlər yaşı çox olan bəzi məmurlar vəzifəsindən istefa verir. Prezindet İlham Əliyevin Baş nazirin sabiq müavinləri - Hacıbala Abutalıbov və Əli Həsənovla görüşdə etdiyi bu çağırışdan sonra bir neçə məmur vəzifəsindən istefa verib.

Parlamentdə yaşı 70-dən yuxarı olan çox sayda deputat var ki, onlar da son günlər ictimaiyyətin və mətbuatın müzakirə mövzusuna çevirilib. Həmin deputatlara növbəti seçkilərdə iştirak etməməklə bağlı çağırışlar edilir.

Onlardan biri də Ağacan Abiyevdi. Amma 82 yaşlı millət vəkili özünün qocaldığını etiraf etmir. O yaşı ilə bağlı mətbuata açıqlamasında bunları deyib: "Fiziki hazırlığın yaşla məncə əlaqəsi yoxdur, bir növ adət etməkdən asılıdır. Əgər cavanlıqdan məşq edibsə, bu, ona çox kömək olacaq. Praktiki məşğul olmaq lazımdır. Ayda bir dəfə qaçmaq, üzmək adama xeyir verməz. Mən özüm hər səhər 15-20 dəqiqə saatda 6 km sürətlə qaçıram. Əvvəl 10 dəqiqə gimnastika edirəm, əzələlərimi qızışdırıram. Sonra 20 dəqiqə qaçıram, ondan sonra 10 dəqiqə gəzişirəm, axırda duş qəbul edib, oluram cavan oğlan”.

Fanat.Az saytı Ağacan Abiyevin bu açıqlaması ilə bağlı karikatura hazırlatdırıb. Həmin karikaturanı təqdim edirik:
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?