Xəbər lenti

ABŞ-dakı gürcü diasporu Ukraynanın müharibə veteranlarına yardım ayırdı
Dünya 10:59 01.10.2024

ABŞ-dakı gürcü diasporu Ukraynanın müharibə veteranlarına yardım ayırdı

Vaşinqtonda Kommunizm Qurbanlarının Memorial Muzeyində 1924-cü ildə Gürcüstanda antisovet milli üsyanın 100 illiyinə həsr olunmuş konfrans keçirilib. Tədbir ABŞ-dakı Gürcü Assosiasiyası tərəfindən Sovet Keçmişinin Öyrənilməsi Laboratoriyası (Sovlab) və Harvard Universitetinin Gürcüşünaslıq Proqramı ilə birgə təşkil olunub.

Qaynarinfo-nun Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, Konfransda Gürcüstanın demokratik yolla seçilmiş ilk parlamentinin qiyam zamanı sovet rejimi tərəfindən edam edilmiş 12 deputatına həsr olunmuş sərgi də təşkil olunub. İştirakçılar arasında ABŞ Dövlət Departamentinin, gürcü-amerikan icmasının nümayəndələri və CNN jurnalisti Jill Dogerti, tarixçi Devid Satter və ABŞ-ın Gürcüstandakı keçmiş səfiri Kelli Deqnan kimi tanınmış simalar olub.

Tədbirdə diqqəti çəkən əsas məqamlardan biri konfransda iştirak üçün nəzərdə tutulan biletlərin satışından gələn gəlirlərin yönləndiriləcəyi istiqamət olub. Elan olunub ki, gəlirlər Veteranlar üçün Xeyriyyə Fonduna göndəriləcək ki, buradan da vəsaitin bir hissəsinin Ukraynanın müharibə veteranlarına ayrılması nəzərdə tutulub.
 

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->