Xəbər lenti

Umerov 4 müavinini vəzifədən azad etdi
Dünya 11:06 01.10.2024

Umerov 4 müavinini vəzifədən azad etdi

Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rüstəm Umerov 8 müavinindən 4-nün vəzifəsindən azad edildiyini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, o, bu barədə "Facebook"da yazıb.

"Müdafiə nazirinin müavinləri - Stanislav Qayderin (nazir aparatının rəhbəri vəzifəsinə keçir), Aleksandr Sergeyin, Yuri Djigirin, Lyudmila Daraqanın (dövlət katibi) vəzifədən azad edilməsi ilə bağlı Nazirlər Kabinetinə təqdimat imzaladım”, - Umerov bildirib.

O, kadr dəyişikliyi ilə bağlı qərarın "Ukrayna Müdafiə Nazirliyinin sistemi - Silahlı Qüvvələr, Baş Kəşfiyyat İdarəsi və GSST-nin hərbi vəziyyət zamanı qapalı perimetr olması kontekstində qəbul edildiyini, yəni "daxili bütün proseslər aydın və nəzarət altında olmalıdır” və "onlara hər hansı xarici və ya daxili təsir cəhdləri qəbuledilməzdir”.

"Yeni təyinatlar, o cümlədən nazir müavinləri barədə sizə ayrıca məlumat verəcəyəm”, - nazir bildirib.

O, həmçinin müdafiə təchizatı sistemində islahatlar aparılacağını bildirib.

"Spetstexnoexport” (STE) Baş Kəşfiyyat İdarəsindən Müdafiə Nazirliyinin tabeliyinə verilir. Mən hüquq-mühafizə və korrupsiyaya qarşı mübarizə orqanları ilə sıx əməkdaşlıq şəraitində satınalma sisteminin təmizlənməsi prosesini başa çatdırmağı qarşıma vəzifə qoymuşam”, - Umerov vurğulayıb.

Həmçinin, Müdafiə Nazirliyi rəhbərinin sözlərinə görə, onlar bu prosesləri NATO standartlarına yaxınlaşdırmaqla Müdafiə Təchizatları Agentliyində və Dövlət Logistika Operatorunda islahatları davam etdirirlər.

"Yaxın vaxtlarda hər iki struktur üzrə müşahidə şuraları yaradılacaq, bu həftə Nazirlər Kabinetinə təqdimat veriləcək”, - deyə Umerov yekunlaşdırıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->