Rusiyaya qarşı fərdi sanksiyaların yeni siyahısı 28 sentyabrda AB-yə üzv dövlətlərin Daimi Nümayəndələr Komitəsinin (COREPER) iclasında razılaşdırıla bilər.
Qaynarinfo RİA Novosti-yə istinadla xəbər verir ki, sanksiyalar "Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozulması" ittihamlarına aiddir.
Mövcud tədbirlər çərçivəsində yeni siyahılardakı maddənin iclasın gündəliyində "mümkün" olaraq göstərildiyi qeyd edilir, lakin təsdiqlənib-təsdiqlənməyəcəyi hələ məlum deyil.
Eyni zamanda, yeni siyahını təsdiqləmək üçün yazılı bir prosedura başlamaq mümkündür.
Alpər
Şərhlər