ABŞ-ın Azərbaycandakı səfirliyi konsulluqda müştəri xidmətlərinin təkmilləşdirilməsi, viza prosesinin sürətlənməsi və ABŞ vizalarını yeniləmək məqsədilə təcrübəli ərizəçilər üçün Müsahibəsiz Güzəştli Viza Proqramını elan edib.
"Qaynarinfo" bizimyol-a istinadən xəbər verir ki, səfirliyin məlumatına görə, artıq bütün tələblərə cavab verən, öz vizalarını təzələmək istəyən və vizalarının müddətinin başa çatmasına 12-48 ay qalmış Azərbaycan vətəndaşlarının konsulla görüşmələri tələb olunmayacaq.
Təcrübəsi olan ərizəçilər yalnız viza üçün ərizə formasını doldurmalı, DS-160 tamamlanmış ərizə formasının sürətini çıxartmalı, viza rüsümunu ödəyib, vacib olan sənədlərin hamısını Visa Document Courier Services (Viza Sənədlərin Kuryer Xidmətinə) təqdim etməlidirlər.
Qaynarinfo.Az
Şərhlər