Xəbər lenti

Dünya 18:14 15.09.2020

ABŞ alimləri koronavirusun “neytrallaşdırıcısı”nı kəşf etdi

Pittsburq Universitetinin (ABŞ) alimləri tərəfindən yeni koronavirusla mübarizə aparmağa qadir olan mikroskopik zülal birləşməsini kəşf edib.

Qaynarinfo xəbər verir ki, Cell jurnalında bildirildiyi kimi, tədqiqat tam uzunluqlu antikordan on qat daha kiçik bir protein birləşməsi müəyyən edib.

İmmunoqlobulinin bir hissəsi ilə birləşdirildikdə, protein Ab8 preparatını meydana gətirir, ən aşağı dozaları yoluxmuş laboratoriya heyvanlarındakı viral hissəciklərin sayını əhəmiyyətli dərəcədə azaldır. Xüsusilə, siçanlar və hamyaklardakı koronavirus müalicəsində olduqca təsirli olduğu göstərilib.
Alimlərin koronavirus S-proteininə bağlana bilən 100 milyard potensial molekulu araşdırdıqları qeyd edilib.

Mütəxəssislər protein molekulunun kiçik ölçüsündə böyük bir artılm görürlər, çünki toxumalara yayılma qabiliyyəti virusu daha yaxşı təsirsiz hala gətirməyə kömək edir. Bununla birlikdə, protein insan hüceyrələrinə bağlanmır, bu da mənfi yan təsirləri minimuma endirməyə kömək edir.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->