Xəbər lenti

ABŞ: “Arxivləri açsaq, ermənilər türklərdən üzr istəyəcək”
Siyasət 12:15 28.04.2019

ABŞ: “Arxivləri açsaq, ermənilər türklərdən üzr istəyəcək”

"O zaman Reyqan bizə "erməni soyqırımı”nı araşdırmağı tapşırmışdı”.
 
Qaynarinfo moderator.az-a istinadən xəbər verur ki, bu sözlər ABŞ Prezidenti Ronald Reyqanın məsləhətçisi olmuş Bryus Feysnə məxsusdur. 

Məhz o bir neçə il bundan öncə Reyqan dövründə "soyqırım” araşdırmalarıyla bağlı fikirlərini səsləndirərək, erməniləri məyus etmişdi.
 
Bryus Feynin fikirlərini oxuculara təqdim edirik:
 
"Reyqanın tapşırığına əsasən, o zaman biz bu məsələ ilə əlaqədar araşdırma apardıq. Həmin vədə Avropa ölkələrinin və Osmanlı imperiyasının indiki hərbi arxivlərində saxlanılan müxtəlif materialları ortaya çıxardıq. Araşdırmalar göstərdi ki, ermənilərin "soyqırım”la bağlı söylədikləri əsassızdır. "Erməni soyqırımı” haqqında nağıllar erməni tarixçilərinin özlərinin təxəyyülü və uydurmasıdır. Unutmaq lazım deyil ki, həmin vədə Türkiyədə bütün etnik və dini azlıqlar türklərin özlərinin şəxsən istifadə etdikləri imtiyazlardan yararlanırdılar. Yunanlar, ermənilər, kürdlər, çərkəzlər, suryanlar, ərəblər və digər azlıqlar həmin dövrdə Türkiyədə kifayət qədər yüksək vəzifə tuturdular. Bu baxımdan ermənilər daha çox imtiyazdan istifadə edirdilər. Birinci Dünya Müharibəsi illərində Türkiyə erməniləri vətənlərini satdılar və Osmanlı İmperiyasının düşməninə sığındılar. Erməni hərbi hissələri Qafqaz cəbhəsində rus ordusu ilə çiyin-çiyinə vuruşurdu. Onlar türk və gürcü kəndlərini talan edir, yandırır, dinc sakinləri öldürürdülər. Nəticədə təxminən 2 milyona yaxın insan həyatını itirdi. Hər şeyə rəğmən Türkiyə tərəfi bizə öz arxivlərindən istifadəyə icazə verdi, amma ermənilər öz arxivlərini göstərməkdən qəti şəkildə imtina etdilər. Mənim fikrimcə, əgər bu arxivləri açmağı bacarsaq, həqiqət üzə çıxacaq. O zaman ermənilər bütün dünya, o cümlədən türklər qarşısında tarixi yalanlarına görə üzr istəməli olacaqlar”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->