Xəbər lenti

ABŞ-Belarus münasibətləri yenidən soyudu: senator səfir göndərilməsinə qarşı
Dünya 11:02 12.08.2020

ABŞ-Belarus münasibətləri yenidən soyudu: senator səfir göndərilməsinə qarşı

Senator Kris Mörfi Ağ Evi Dövlət katibinin müavininin köməkçisi, ABŞ-ın Belarusdakı səfiri təyin edilməsi nəzərdə tutulan Culi Fişerin baş verən seçkisonrası etirazlara görə namizədliyinin geri çəkilməsini istəyib.

"Bu taktika (Belarusdakı etiraz aksiyalarının yatırılması) yolverilməzdir və liderin zəifliyini göstərir", - Qaynarinfo xəbər verir ki, bu sözləri senator öz açıqlamasında qeyd edib. 

Senator ABŞ və Belarus xalqı arasında münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı olduğunu vurğulasa da, indi Belarus Prezidenti Aleksandr Lukaşenko hökuməti ilə diplomatik münasibətlər qurmağın vaxtı olmadığını bildirib.

Mörfinin sözlərinə görə, 10 il sonra Minskə səfir göndərməsi "ABŞ-ın bu hərəkətləri pislədiyini göstərən siqnal olacaq". Senator Ağ Evin rəhbəri tərəfindən namizəd geri çağırılmasa, xarici əlaqələr komitəsində namizəd irəli sürülməsinə qarşı çıxmağa hazır olduğunu bildirib.

Xatırladaq ki, 2008-ci ildə baş verən diplomatik qalmaqal nəticəsində Minsk və Vaşinqton qarşılıqlı surətdə səfirlərini geri çağırıb və diplomatik nümayəndəliklərin sayını minimuma endiriblər.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->