Xəbər lenti

ABŞ Bin Ladeni, Epşteyni, Bağdadini niyə öldürüb? - Bəşər Əsəd sirləri açdı
Dünya 16:46 14.11.2019

ABŞ Bin Ladeni, Epşteyni, Bağdadini niyə öldürüb? - Bəşər Əsəd sirləri açdı

Suriya Prezidenti Bəşər Əsəd amerikalı milyarder Cefri Epşteynın ABŞ həbsxanada intihar etdiyinə inanmır. 

Qaynarinfo xəbər verir ki, o, verdiyi açıqlamada həmçinin "Ağ dəbilqəlilər"in qurucusu Ceyms Le Mezurenin də əslində öldürüldüyünü qeyd edib. 
Onun sözlərinə görə, Epşteyn "çox vacib sirləri" bildiyinə görə aradan götürülüb. Onların İngilis və Amerika rejimlərindəki əhəmiyyətli adamlarla əlaqəsi olub.
Le Mezureyə gəlincə, Əsəd "Ağ dəbilqələr”in Rusiyada qadağan olunmuş Əl-Qaidə terror təşkilatının bir hissəsi olduğunu deyib. Onun sözlərinə görə, Epşteyn, Le Mezure, həmçinin öldürülmüş Osama bin Laden və Əbu Bəkr əl-Bağdadi çox "vacib sirləri" bilirdilər. Buna görə onlardan qurtulmaq qərarı verilib.
Suriya prezidenti Bəşər Əsəd ABŞ-ın onun ölkəsindən neft oğurladığını da deyib. Onun sözlərinə görə, bu dövlət "quldur dəstələri üzərində qurulmuş siyasi rejim”dir.
Ədə deyib ki, ABŞ Prezidenti Donald Tramp, əslində, dövləti ifadə etmir, sadəcə "bir şirkətin icraçı direktoru" kimi fəaliyyət göstərir. Onun sözlərinə görə, Trampın arxasında böyük Amerika şirkətlərini təmsil edən bir direktorlar şurası dayanır. Əsədin fikrincə, "dövlətin həqiqi sahibləri” də onlardır.
O qeyd edib ki, bunu deyərkən neft şirkətlərini, silah istehsalçılarını, habelə bankları və digər lobbiləri nəzərdə tutur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->