"Brunson qarşılığında Gülənin Türkiyəyə verilməsi məsələsi heç zaman müzakirə mövzusu olmayıb".
Qaynarinfo xəbər verir ki, bunu ABŞ-ın respublikaçı senatoru Lindzi Qraham Fox News-da çıxışı zamanı deyib. O, Türkiyənin terrorçu elan etdiyi Fətullah Gülənin törətdiyi iddia olunan cinayətlərlə bağlı araşdırma aparıldığını bildirib:
"Bu bir mərhələdir. Onların leqal olaraq söylədiyi dəlillər var. Bu adamın (Gülənin) nə etdiyi ilə bağlı araşdırma davam edir. İki məsələni bir-birinə qatmaq düzgün deyil və bizim leqal sistemimizə də uyğun gəlmir. Tramp və Pompeo bu məsələ üzərində çox çalışıblar. Onlar (Türkiyə) Rusiyaya qarşı NATO müttəfiqimizdir. Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün bir yol tapmalıyıq", - deyə senator bildirib.
Şərhlər