Sağlamlıq 16:04 06.07.2020

ABŞ-da bir nəfərdə "beyin yeyən amöb" aşkarlandı

ABŞ-ın Hillsburq şəhərində yaşayan bir nəfərdə "Neqleriya fouleri" və ya "beyin yeyən amöb" xəstəliyinə rast gəlinib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, bu barədə Florida Səhiyyə İdarəsi məlumat yayıb. Təkhüceyrəli amöbün beyində infeksiyaya yol açdığı və əsasən ölümcül olduğu bildirilir.

Göl və çay kimi şirin sularda yaşayan bu amöb nəfəs yolu ilə keçir və insandan insana yoluxmur.

Florida Səhiyyə İdarəsi isə bu hadisənin necə baş verdiyi və xəstənin vəziyyəti haqda təfərrüatları açıqlamayıb.

Camal