Dünya 09:11 21.04.2021

ABŞ-da keçmiş polisin Floydun ölümündə günahkar olduğu təsdiqləndi

Minneapolis məhkəməsində afroamerikalı Corc Floydun qətlində ittiham olunan keçmiş polis əməkdaşı Derek Şovinin günahı sübut olunub.

"RİA Novosti” xəbər verir ki, andçılar onu ittihamın hər üç bəndi üzrə günahkar hesab ediblər.

Şovinin qərarı sakit qarşıladığı bildirilib.

Onu 40 ilədək həbs cəzası gözləyir.