Dünya 13:45 23.10.2020

ABŞ-da koronavirusa qarşı ilk dərman qeydiyyatdan keçdi

ABŞ Qida və Dərman İdarəsi (FDA) ilk dəfə koronavirusun müalicəsi üçün hazırlanmış bir dərmanı qeydə alıb.


QaynarinfoCBS News-a istinadla xəbər verir ki, qeydiyyatdan keçən "Remdesivir" dərman vasitəsi olub. Dərman bu ilin yazından bəri ABŞ-da fövqəladə hallarda istifadə üçün təsdiq edilib və COVID-19-un müalicəsi üçün tam FDA təsdiqini alan ilk dərman olub.


14 oktyabrda "Remdesivir” Rusiya Səhiyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.


Xatırladaq ki, bundan bir qədər əvvəl Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adanom Qebreyesus ÜST-ün genişmiqyaslı işinin müvəqqəti nəticələrinə görə, "Remdesivir”in ölüm hallarının azaldılmasına və ya koronaviruslu xəstələrin xəstəxanada qalma müddətinin qısaldılmasına təsir etmədiyini söyləmişdi.

 

Alpər