ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri,
demokrat Robert Menendez növbəti maliyyə ili üçün müdafiə büdcəsi layihəsinə
Ukraynaya qarşı düşmənçilik hərəkətləri edəcəyi təqdirdə Rusiyaya qarşı yeni
sanksiyaların tətbiqini nəzərdə tutan düzəliş təklif edib.
Qaynarinfo TASS-a istinadla xəbər verir ki, Rusiya
hökuməti Ukraynaya qarşı hərbi eskalasiya və ya digər düşmənçilik əməliyyatları
həyata keçirərsə, sanksiyalar tətbiq edilməlidir.
ABŞ prezidenti hər 15 gündən bir vəziyyəti dəyərləndirməli
olacaq. ABŞ administrasiyası eskalasiyanın baş verdiyini hesab edərsə, 30 gün ərzində
Rusiyanın ali rəhbərliyinə, o cümlədən dövlət başçısına, nazirlərə, hərbçilərə,
həmçinin Sberbank, VTB-yə, Qazprombank, Promsvyazbank, Şimal axını – 2 və digər
Rusiya strukturları və müəssisələri, eləcə də ölkənin suveren borcuna qarşı bir
sıra sanksiyalar tətbiq etməli olacaq.
Bundan əlavə, senator Rusiyanın təcavüzü halında
Ukraynaya əlavə hərbi yardım göstərməyi təklif edir.
Alpər
Şərhlər